Xalq artisti Flora Kərimova verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, proqram zamanı “Qızıl onluq” adlı yeni rubrika tərtib edilib.
Bu zaman müğənnilər gələn qonaqlar tərəfindən sıralanıb. Sıralama edilərkən xalq artisti Faiq Ağayevin adı çəkilib. Onun adının çəkilməsi Kərimovanı özündən çıxarıb. O, qarşı tərəf haqda bu sözləri deyib: “Ayıb deyil Faiq Ağayevi müğənnilərin arasına salırsınız? Bizim aramızda münasibət ola bilməz. Çünki mən sənətkaram və sənətkarı nəfəsindən tanıyıram. Faiq Ağayevdən əlimi götürdüm, “xalq artisti” adından başqa heç nə qalmadı. O, müğənni deyil. Bunu hər zaman deyəcəm. Aparsın məni məhkəməyə versin. İki dəfə verib, üçüncü dəfə də versin”.
Qeyd edək ki, məşhurlar arasında küsülülük illər öncə baş verib. Faiq Ağayev müsahibəsi zamanı Floranın onunla küsməsinə İlhamə Quliyeva ilə olan münasibətini səbəb gətirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB