Bir çox müğənnilərin "Youtube" səhifəsi bağlanıb. SİA-nın məlumatına görə, bu haqda Damlanın prodüseri Şamil verilişə zəng edərək bildirib: "Damlanın "Youtube" səhifəsini işlədən Rafis Cəfərzadəni polisə şikayət etmişik. Belə ki, Damlanın "Youtube" səhifəsinin parolu ondan aldıq. Onun kanala başqa da girişi var imiş. Bundan xəbərimiz olmayıb. Rafis məktub yazıb ki, "Youtube" səhifəmizi bağlayın, yoxsa sizi Avropa məhkəməsinə şikayət edəcəyik. 8 məşhurun da səhifəsi bir e-mailə birləşdiyi üçün onların da kanalı bağlandı.
Hazırda məsələ ilə bağlı polislər tərəfindən araşdırma aparılır. Nəticə 15 gün ərzində bilinəcək".
Qeyd edək ki, müğənnilər Nazənin, Damla, Rəvan Qarayev, Elnar Xəlilov, dijey Roşka və digər məşhurların "Youtube" səhifəsi bağlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB