Səidə xanım müğənnilərə "fahişə" deyən Nadirlə Hüseynə sərt cavab verdi
Xəbər verdiyimz kimi, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu qadın müğənniləri təhqir edib. SİA-nın məlumatına görə, musiqiçi hətta onları ələ də salıb.
Hüseynə müğənni Səidə Sultan sərt şəkildə cavab verib: "Hər kəsin həyatda bir yolu var: kimi həkim olur, kimi müəllim, kimi alim, kimi avara, kimi müğənni, kimi usta... Yetər ki, getdiyin yolda vicdanlı ol, seçdiyin sənətinə hörmətlə yanaş. Mənim də sözüm bu bizim birliyi olmayan, danışığını, sözünün yerini bilməyən bəzi şou nümayəndələrinədir. Sənətinizə hörmət edin. Ağzınızın danışığını bilin.
Fahişə hər yerdə fahişədir. Yetər ki, sənin "naturan" fahişə olmasın. Ağzınızdan çıxdığı kəlimələrə diqqət edin. Evinizdə qızlarınız, oğullarınız böyüyür. Ona görə çox gözünüzə, başınıza yaxmayın. Özünüzə hörmət edin. Əsas da kişilər. Yekə kişisiniz, kişi söhbəti edin".
Nəzərinizə çatdıraq ki, bir müddət əvvəl Nadir Qafarzadə də xanım ifaçıları fahişə adlandırmışdı.
Qeyd edək ki, Hüseyn Məmmədoğlu verilişlərin birinə açıqlamasında bu sözləri demişdi: "Əxlaqsız qadın müğənni əxlaqdan danışır, camaata məsləhət verir. Az, sən özün nə gündəsən? Savadsız özünü savadlı aparır. Olduğun kimi göstər özünü. Biz səni elə elə qəbul edəcəyik.
Ailəsi bərbat olan bir insan adamlara ailədən dərs keçir. Sən get birinci öz ailəni düzəlt, sonra insanlara dərs keç. Bu, daha gözəl olar.
Axı bu biabırçılıqlar nə vaxt bitəcək? Sonra məni bəyənmirlər. Bilirsiniz niyə? Çünki hər zaman sözün düzünü deyirəm".
Nadir Qafarzadə isə proqramların birində xanım müğənnilərin ünvanına bu təhqirləri yağdırmışdı: "Müğənni qızı evimə necə gətirim? Qısa yubka, harasına kimi yarığı olan qızı evimə necə gətirim? Bunu bütün kişilər gördü da, oğluma nə qaldı? Onlara day-dayları kömək olur. Gedib kabinetdə oturacaq, kömək alacaq. "Kabinet ulduzu" olublar. Mənim arvadım da xanım, o da? Qadındırlar, xanım yox. Bioloji qadın doğulur, fahişəyə də xanım deyirlər. Mənim anam da xanım, o da. Xanım sözünü qarışdırmayın, əsl xanımları təhqir edirsiniz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB