Hansı məşhurlar “Brand Of Azerbaijan Awards” layiq görüləcək?

Hansı məşhurlar “Brand Of Azerbaijan Awards” layiq görüləcək?

"Brand Of Azerbaijan Awards" mükafatlandırma mərasimi baş tutacaq. Təşkilat komitəsindən SİA verilən məlumata görə, mükafatın təsis olunmasında məqsəd hər il öz fəaliyyət sahəsində fərqlənən siyasətçiləri, millət vəkillərini, icra hakimiyyətlərini, nazirlikləri və digər dövlət qurumlarını, media nümayəndələrini, iş adamlarını, təhsil və səhiyyə ocaqlarını, mədəniyyət və incəsənət nümayəndələrini və s. sorğu, monitorinqlər nəticəsində müəyyən etmək və onları ictimaiyyətə tanıtdırmaqla yanaşı fəaliyyətlərini qiymətləndirməkdir.

Eyni zamanda onlara "Brand Of Azerbaijan Awards" mükafatını təqdim etməklə gələcəkdə bu istiqamətdə fəaliyyətlərini daha da stimullaşdırmaq və onların hər zaman ictimaiyyətin diqqət mərkəzində olmasını vurğulamaqdır.

Nəzərinizə çatdıraq ki, mükafatlandırma tədbiri bu ilin may ayında 28 may Respublika Günü ərəfəsində təşkil olunacaq. Mükafatlar sorğulara əsasən təqdim olunacaq. Sorğularda iştirak etmək üçün isə təşkilat komitəsinin sosial şəbəkələrdəki səhifələrinə qoşulularaq (@brandofazerbaijanawards ) rəy bildirməklə iştirak etmək olar.

Qeyd edək ki, tədbirin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə