Kamil Zeynallıya 10 sutka inzibati həbs cəzası verildi

Kamil Zeynallıya 10 sutka inzibati həbs cəzası verildi

Bəzi xəbər saytlarının yaydığı məlumata görə, polis idmançı Kamil Zeynallını saxlayıb. SİA-nın məlumatına görə, Nərimanov Rayon Məhkəməsinə aparılan idmançı ilə bağlı qərar verilib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Kamil Zeynallıya 10 sutka inzibati həbs cəzası verilib. O, Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına göndərilib.

İdmançının həbs edilməsinə səbəb Heydər Əliyev Mərkəzinin yaxınlığında telefonla danışarkən ətrafdakılara söyüş söyməsidir.

Qeyd edək ki, idmançının həyat yoldaşı, müğənni Gülay Zeynallı bir neçə saat bundan öncə əməkdaşımıza açıqlamasında Kamilin hazırda azadlıqda olduğunu demişdi. Lakin K.Zeynalının həbs olunma xəbərini anası Sahilə Zeynallı təsdiq etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə