Xəbər verdiyimiz kimi, türkiyəli aktrisalar Müge Boz və Nərgiz Kumbasar "Çat kapı aşk" filminin qalası üçün paytaxtımıza gəliblər. SİA-nın məlumatına görə, aktrisalar tədbirdən öncə şəhərimizi gəziblər. Müge "İçərişəhər"də şəkil çəkdirərək "İnstagram" səhifəsində yayımlayıb. O, paylaşımına Azərbaycanı çox bəyəndiyini yazıb: "Bakıda "Qız qalası" deyilən tarixi məkan. Kiçik küçələr arasında inanılmaz dərəcədə gözəl olan memarlıq abidələrinə baxarkən əzilməyəcəyinizə əmin olun. Şəhərdə qarışıqlıq yoxdur.
Əllə toxunan xalçalar, qutab, qoyun dərisindən hazırlanan papaqlar, qədim əşyalar satılan mağazalar... Və ən önəmlisi çox ləzətli yeməklər var. Hər şey orqanik və təbiidir. Axşamlar Kukla Teatrı izləyə bilərsiniz. Ötən dəfə gələndə izləmişdik. Buranın enerjisi mənə xoş təsir bağışlayır. Azərbaycan təbiətin möcüzəsidir".

Nərgiz Kumbasar da sosial şəbəkədə Bakı haqqında xoş sözlər yazıb: "Ən sevdiyim şəhər - Bakıdayam. "İçərişəhər"də möhtəşəm bir Azərbaycan səhər yeməyi".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB