Çağatay Ulusoy pis hala düşdü FOTOLAR

Çağatay Ulusoy pis hala düşdü FOTOLAR

Türkiyəli aktyor Çağatay Ulusoy məkanların birindən çıxarkən media mənsubları tərəfindən görüntülənib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, onun yeni imici fotokameraların diqqətindən yayınmayıb. Belə ki, saç və saqqalını uzadan Ulusoyun kökəldiyi açıq-aydın görünüb.

Yaraşıqlı aktyor jurnalistləri görüncə yeni aldığı "Audi Rs6" markalı avtomobilinə minməyib. O, əvvəlki maşınına tərəf üz tutub.

Çağatay media mənsublarına “İş görüşmələrim olacaq. Sürprizi qaçırmayın" sözlərini deyib.

Ulusoy jurnalistin küsüb-barışdığı sevgilisi Duygu Sarışınla bağlı suala isə "Şəxsi həyatımla bağlı danışmaq istəmirəm" cavabını verib.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə