İlham Mirzəyev: "Estetik əməliyyata ehtiyyacım yoxdur" AÇIQLAMA-FOTO
Aparıcı-psixoloq İlham Mirzəyev əməliyyat olunub. SİA-ya bu haqda aparıcının özü açıqlama verib: "Burnumdə çəpər əyriliyi və artıq ət var idi. Çox əziyyət çəkirdim. Belə ki, boğulurdum. Ürəyimdən beynimə oksigen getmirdi. Amma bəzi saytlar yazıb ki, burnumun görnüşünü dəyişdirmək üçün estetik əməliyyat etdirmişəm. Amma elə deyil. 53 yaşım var. Yəni bundan sonra estetik əməliyyata ehtiyyacım yoxdur. Şükürlər olsun ki, Allaha məni eybəcər yaratmayıb. Artıq 26 ildir ki, gözünüzün önündəyəm. Allah sevənlərimin sevgisini məndən əksik etməsin".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB