Əməkdar artist Röya Ayxan "Crystal Hall"da konsert verəcək. SİA-nın məlumatına görə, bu haqda müğənni verilişlərin birində qonaq olarkən danışıb: " 2 ildir bu konsertə hazırlaşıram. Konsert oktyabrda olacaq. Emin Kərimi və başqa musiqiçilərlə çalışacağıq. Bu, mənim ən böyük arzum idi. Neçə ildir buna hazırlaşıram. İki ildir bütün xarici ölkələrlə danışıqlar gedir. Ən yaxşılarını seçdik.
Elə edəcəm ki, konsertdən heç kim gözünü çəkə bilməyəcək. Tək rəqqaslar olmayacaq. Elə şounu Londondan gətirəcəm. Danışmaqla olmur, onu görmək lazımdır.
Səhnədə işıqların şousu dəhşət olacaq. Ondan təkcə Beyonsda olub. "Crystal hall" böyükdür və gözəldir. Orada konsertlər olub, Allah hamıya qismət etsin. 17 minlik yeri doldurmaq çətindir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB