Kamerun millisinin baş məşqçisi Klarens Zeedorf mövsümün sonuna qədər sabiq komandası “Real”ı çalışdıra bilər. “AS” nəşri yazır ki, Madrid klubu hollandiyalı mütəxəssisi danışığa dəvət edib. Zeedorfun Madridə gedərək klubun idarə heyətinin üzvləri ilə görüşdüyü bildirilir. “Real” rəhbərliyi komandanı mövsümün sonuna qədər keçmiş yarımmüdafiəçiyə tapşırmaq istəyir.
Qeyd edək ki, "Real"ın hazırkı baş məşqçisi Santyaqo Solari ilə tezliklə yolları ayıracağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB