Azərbaycanı "Eurovision 2019”da Çingiz “bu mahnı ilə təmsil edəcək VİDEO
Azərbaycanın “Eurovision 2019” təmsilçisinin adı açıqlanıb. SİA-nın məlumatına görə, bu il ölkəmizi Çingiz Mustafayev yarışmada təmsil edəcək. Bu haqda “İnfe Azərbaycan” səhifəsində məlumat yayılıb.
Çingiz "Truth" adlı mahnı səsləndirəcək.
Onun “Eurovision 2019” səsləndirdiyi mahnı və klip də açıqlanıb.
Musiqinin müəllifləri Borislav Milanov, Trey Campbell, Bo J, Pablo Dinero, Hostess və Chingizə aiddir. Sözlər isə Borislav Milanov, Trey Campbell, Bo J, Hostess tərəfindən yazılıb.
Mahnı 7 fevrala kimi İctimai TV-yə edilən 350-dən artıq müraciətin arasından seçilib.
Təl-Əvivin “Ekspo” Mərkəzində keçiriləcək müsabiqədə ölkə təmsilçimiz Çingiz Mustafayev 16 mayda keçiriləcək ikinci yarımfınalın ikinci hissəsində səhnəyə çıxacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB