Azərin Heydər Əliyev Sarayının səhnəsində solo konsert verəcək
Azərbaycanın əməkdar artist Azərin yaxın vaxtlarda Heydər Əliyev Sarayında böyük konsert proqramı ilə çıxış edəcək. Bu barədə SİA-ya müğənni özü məlumat verib: "Heydər Əliyev Sarayının rəhbərliyindən konsert təklifi almışam. Hazırda Türkiyənin TRT AVAZ telekanalında yayımlanan musiqili proqramımı davam etdirirəm. Eyni zamanda konsertə hazırlaşıram".
Müğənni Türkiyədə yaşamasına baxmayaraq Azərbaycandakı yaradıcılıq işlərini də davam etdirdiyini deyib: "Tez-tez vətənimə gəlib-gedirəm. Bilirsiniz, mən həm də Daxili Qoşunların zabitiyəm, bu günlərdə Daxili Qoşunların yubileyi idi. Gəldim, bayram münasibəti ilə çıxış etdim. Ayda bir neçə dəfə Bakıya gəlib-gedirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB