Əməkdar artist Röya Ayxan AzTV-də qonaq olub. SİA-nın məlumatına görə, o, illər sonra Xədicə Sənanqızının təqdimatında yayımlanan “Gün başladı” verilişdə qonaq qismində iştirak edib.
O, proqramın 8 mart – Beynəlxalq Qadınlar gününə həsr olunmuş bölümündə yer alıb. Veriliş sabah efirə gedəcək.
Qeyd edək ki, müğənni 5 ildən artıqdır ki, AzTV-nin heç bir proqramında qonaq kimi iştirak etməyib. Kanalda yalnız onun bayram ərəfələrində açıq hava konsertlərində olan görüntüləri yayımlanıb.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB