Gülaydan yenilik

Müğənni Gülay Zeynallı yaradıcılığında yenilik edəcək. SİA-nın məlumatına görə, bu haqda ifaçının özü xəbər verib. Belə ki, sənətçi "Böyük eşq" adlı mahnısını repertuarına əlavə edəcək. Gülay həmin bəstəyə klip çəkdirməyi də düşünür. Zeynallı yeni mahnı və klipini tezliklə tamaşaçıların ixtiyarına verəcək.

Qeyd edək ki, "Böyük eşq" adlı mahnının sözləri Orxan Mürvətlinin, musiqisi Fərid Kərimlinin, aranjemanı isə Elvin İmanovundur.

Bütün xəbərlər Facebook səhifəmizdə