Leyla Ramazanlının yaradıcılığında yenilik var

Leyla Ramazanlının yaradıcılığında yenilik var
Gənc ifaçı Leyla Ramazanlı artıq 9-cu klipinin çəkilişlərinə hazırlaşır. Bu barədə SİA-ya müğənninin meneceri Ceyhun Məhərrəmov məlumat verib. Onun sözlərinə görə, müğənni bu yaxınlarda sözləri Arzu Əsədova və musiqisi İsmail Əsədova məxsus "Qələbə" adlı mahnısının klipini tamaşaçılara təqdim edib: "Dayanmadan öz yaradıcılığında yenilik edən gənc ifaçı bu dəfə, musiqisi Minayə xanıma, sözləri Arzu Əsədova məxsus "Gələcəksən" adlı ifanı, internet və radio dinləyicilərinə təqdim edib. Bu ifa Leylanın 2011-ci ildə oxuduğu ilk ifa olub. Mahnıya dinləyici kütləsi daha çox olduğu üçün, gənc ifaçı "Gələcəksən" adlı ifasına klip çəkdirməyi planına alıb. İlkin olaraq bunu deyə bilərəm ki, bu dəfədə klip qeyri-adi çəkilişi və keyfiyyəti ilə bütün kliplərindən seçiləcək".

Qeyd edək ki, gözlənilən qeyri-adi klipin rejissorluq işi Xavər Ağamalıyevaya məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə