Təranədən yenə Nazənini əsəbiləşdirəcək addım FOTOLAR

Təranədən yenə Nazənini əsəbiləşdirəcək addım FOTOLAR

Müğənni Təranə Qumral hər kəsi şoka salacaq "İnstagram" səhifəsində paylaşım edib. SİA-nın məlumatına görə, o, sosial şəbəkədə düşmən olduğu həmkarı Nazəninlə fotosunu yayımlayıb.

İfaçının bu paylaşımı izləyiciləri təəccübləndirib. Qumral şəklə bu sözləri yazıb: "Keçmişə salam. Sarı geyimli mənəm. Bəs, o biri kimin şəklidir".

Bəziləri Təranənin qəsdən belə addım atdığını bildirib. Belə ki, Nazənin bir müddət əvvəl arxiv görüntüsü yayıldığı üçün əsəbiləşmiş və onu bəzi yerlərdən sildirməyə çalışmışdı. Həmin hadisədən sonra Təranə bütün arxivini "İnstagram"da yerləşdirib və "Keçmişimdən utanmıram. Keçmişimi sevirəm" kimi şərhlər yazıb.

Qeyd edək ki, Nazəninlə Təranə arasında uzun müddətdir mübahisə gedir. Hətta Nazənin ifaçının məhkəməyə verib və qalib gəlib. Təranə isə hələ də Nazəninə ödəməli olduğu təzminatı verməyib. Buna görə də məhkəmə çəkişməsi bitmək bilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə