Günay sevgilisi ilə barışdı FOTOLAR

Günay sevgilisi ilə barışdı FOTOLAR

Xəbər verdiyimiz kimi, Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva sevgilisi, iş adamı Taha Tatlıcandan ayrıldığını bildirmişdi. SİA-nın məlumatına görə, model hətta kamera qarşısında göz yaşı tökmüşdü.

Ötən gün isə Türkiyədə baş tutan "Türkiyenin inci kadınları" mükafatlandırma gecəsinə Musayeva Taha ilə birlikdə qatılıb. İş adamı Günayla gecədə çəkdirdiyi fotoları "İnstagram" səhifəsində yayımlayıb.

Qeyd edək ki, Günay verilişlərin birində açıqlamasında bu sözləri demişdi: "8 aydır bərabər idik, yaxın günlərdə ayrılmışıq. 30 yaşımdan sonra ilk dəfə aşiq oldum. Çox gözəl bir eşq yaşadım. Çox gözəl hisslər idi. Həmişə düşünürdüm ki, övladım böyüyəndə məndən sevgi barədə soruşanda nə deyəcəm? Şükür ki, övladıma danışacağım gözəl bir hekayəm var. Paylaşdığım fotolar xoşbəxt anların xatirələri idi. Bir az uzaq qaldıq, çox çətindir".

Bütün xəbərlər Facebook səhifəmizdə