Fatimə Aydana görə izləyicisini polisə verdi

Fatimə Aydana görə izləyicisini polisə verdi

Rəqqasə Fatimə Fətəliyeva qızının adına sosial şəbəkələrdə profil açıb, izləyici toplayan istifadəçidən polisə şikayət edib. SİA-nın məlumatına görə, rəqqasə həmin şəxsi biyabır edib: "Özünü şəxsiyyət bilən insanlardan dönə-dönə üzür istəyirəm. Bu qədər olar? Nə istəyirsiniz məndən? Allah sənin bəlanı versin, niyə bu qədər paxılsınız, kiminsə xoşbəxt olmağına sevinmirsiniz? Sənin görəsən övladın var? Səni polisə verəcəm. Mənə dayanmadan mesajlar yazırsınız, çox sağ olun, dəstək olursunuz. Amma bunu tapacam, söz verirəm. Bilsəniz ki, bu insan hər kəsin paylaşımının altına nələr yazır...".

Qeyd edək ki, Fatimənin qızı Aydan bir neçə gün əvvəl nişanlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə