"Eşkiya dünyaya hükümdar olmaz" serialında çəkilmədim VİDEO

"Eşkiya dünyaya hükümdar olmaz" serialında çəkilmədim VİDEO

Aktyor Kamran Ağabalayev verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, aktyor bir çox seriallardan imtina etdiyini bildirib: "Bütün seriallardan imtina etmişəm. Azərbaycanda heç bir seriala çəkilməyəcəm. Bizim aktyorların bəziləri anlamırlar ki, "yox" sözünü eşitmək bizim işimizin bir hissəsidir. Bir çox böyük filmlərdən imtina etdim, bəzən də mənə "yox" deyildi".

Aktyor Türkiyənin iki məşhur serialına dəvət olunsa da, rol almamasının səbəbini açıqlayıb: "Türkiyədə serialın gedəcəyi nöqtə tamaşaçı ilə müəyyən edilir. Elə ola bilər ki, aktyor 3 bölüm üçün çağrılır, amma sevilir və uzunmüddətli çəkilir. Elə də olur ki, bəyənilmir və ssenariyə əsasən öldürülür.

"Kurtlar Vadisi"nin özündə təsdiq olundum, serialı bəyənmədim deyə, "yox" dedim. "Eşkiya dünyaya hükümdar olmaz" serialında isə seçim turlarından keçdim, sonda iki aktyor qalmışdıq. Amma məni yox, onu seçdilər".

Qeyd edək ki, Kamran bir müddət əvvəl "Çukur"da çəkiləcəyini də demişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə