Azərbaycanlı aktrisanın köməyinə polis gəldi FOTOLAR

Azərbaycanlı aktrisanın köməyinə polis gəldi FOTOLAR

Aktrisa Zümrüd Qasımovanın başına iş gəlib. SİA-nın məlumatına görə, sənətçinin yol gedərkən avtomobilinin təkəri partlayıb. Onun köməyinə isə Dövlət Yol Polisinin əməkdaşları çatıb. Belə ki, onlar aktrisaya maşının təkərini dəyişməsində yardımçı olublar.

Qasımova bu barədə özü xəbər verib: "Bu gün 20 nömrəli məktəbin yanında az qala qəza şəraiti yaradacaqdım. Lakin bizim yol polisinin yardımı nəticəsində qəzadan qurtulduq. Elə yoldaca maşınımın təkəri dəyişdirildi. Göstərdikləri yardıma görə bütün polis işçilərinə və şəxsən Güləhməd İsmayılova təşəkkür edirəm! Eşq olsun Azərbaycan polisinə!”

Bütün xəbərlər Facebook səhifəmizdə