Müğənni Yaşar Cəlilov yeni mahnısını təqdim edib. SİA-ya bu haqda ifaçının prodüseri Vüsalə Kərimova açıqlama verib: "Yaşar yeni bəstəsini dinləyicilərin ixtiyarına verib. Mahnı "Nə elə nə belə" adlanır. Bəstənin sözləri və musiqisi Murad Zeynalın, aranjemanı isə Tərlan Məmmədhüseynovundur. İfaçı lirik mahnısını sevənlərə həsr edib. "Nə elə nə belə" adlı bəstədən gözləntilərimiz çoxdur.
Onu da qeyd edim ki, sənətçi adıçəkilən mahnıya aid fotosessiya da etdirib. Yaxın günlərdə tamaşaçılara təqdim edəcək".
Prodüser Y.Cəlilovun repertuarında daha bir yenilik edəcəyini də bildirib: "Müğənni Novruz Bayramına qədər daha bir mahnısını dinləyicilərinin ixtiyarına vermək istəyir. Bunun üçün Yaşar bir neçə mahnı arasında seçim edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB