İsrailin KAN ictimai televiziyası mayda Təl-Əvivdə keçiriləcək “Eurovision-2019” mahnı müsabiqəsinə biletlərin satışını dayandırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, buna səbəb satışla bağlı qaydaların pozulması olub. Satış martın 3-dən dondurulub.
Teleşirkətin nəzarət komitəsi yayıb ki, ötən həftə satılan yüzlərlə biletin qazanc məqsədi ilə yenidən satılmasından şübhələniblər. İctimai televiziya bütün satışları əlavə bildiriş verilənə qədər dayandırmalıdır. Nəzarət komitəsi müsabiqə arenasında ən yaxşı yerlərə yüzlərlə biletin ictimaiyyətə deyil, idman xadimlərinə və media menecerlərinə satışı prosesinə müxtəlif tərəflərin müdaxilə etmək cəhdlərini müəyyən edib ki, bu da ictimai televiziyanın prinsiplərinə tamamilə ziddir.
Bu şübhələr aradan qaldırılana və qanunsuz satılan biletlər ictimaiyyətə qaytarılana qədər bütün satışlar dondurulacaq. İsrailin ictimai təhlükəsizlik naziri Gilad Erdan KAN məmurlarının şübhələrini araşdırmağa göstəriş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB