Elnarla Aysel nikaha daxil oldu AÇIQLAMA

Elnarla Aysel nikaha daxil oldu AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl müğənni Elnar Xəlilov nişanlısı, şairə Aysel Nəcəflidən ayrılıb. Onlar bu haqda sosial şəbəkədə paylaşımlar edərək, bir-birilərini tənqid də etmişdilər.

Aysel SİA açıqlama verərək Elnarla barışdığını və nikaha daxil olduqlarını bildirib: "Bu gündən artıq Aysel Xəlilovayam. Çünki Elnarla bir neçə gün öncə barışdıq və nikaha daxil olduq. Onu da qeyd edim ki, bizim ayrılığımızdan bir çox xəbər saytları istifadə etdi. Belə ki, adımızdan yalan məlumatlar yazdılar. Hətta çoxları bildirdi ki, bir müddət əvvəl ayrılmamışıq. Sadəcə şou yaratmaq istəmişik. Amma heç də belə deyil. Biz həqiqətən də ayrılmışdıq. Bir neçə gündür ki, barışmışıq və heç kimə demirdik. Çünki hamıya nikaha daxil olduğumuz günü açıqlamaq istəyirdik. Həmin gün də nəhayət baş tutdu".

Qeyd edək ki, mart ayının 8-də cütlüyün toyu olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə