"Zeynəb Xanlarova heç vaxt villasını və bahalı geyimlərini nümayiş etdirməyib"
Stilist Samiraldo xalq artisti Zeynəb Xanlarovaya olan hisslərini dilə gətirib. SİA açıqlama verən stilist sənətçi ilə bağlı maraqlı fikirlərini bildirib: "Zeynəb Xanlarova Azərbaycanın əfsanəvi sənətçisidir. Onun kimi peşəkar müğənni yoxdur. Z.Xanlarova hər zaman xalqının sevimlisi olub. O, xanım uzaqgörəndir. Zeynəb xanım kimi heç bir sənətçi ola bilməz. Onu da xüsusi ilə qeyd edim ki, Xanlarova heç vaxt bəzi müğənnilər kimi villasını, bahalı libaslarını və aksesuarlarını nümayiş etdirməyib. Sözügedən xanımın sənətinin vurğunuyam".

Müəllif: Ceyran Əsgərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB