Rejissor Nail Naiboğlu ilə müğənni Elnur Məmmədov bir araya gəlib. SİA-ya bu haqda rejissorun özü açıqlama verib: "Elnur Məmmədovla yeni iş birliyinə imza atmışıq. Belə ki, ifaçının "Özünü dəfn etmiş oldun" adlı mahnısına klip çəkdim. Ekran işində sujet xətti var. Klip sevgidən bəhs olunur. Elnur ekran işində Nərvin adlı iş xanımı ilə çəkilib. Klip 2 gün ərzində Xızıda lentə alınıb".
Qeyd edək ki, "Özünü dəfn etmiş oldun" adlı mahnının sözləri Vüsalə Əlizadəyə, musiqisi Elnur Məmmədovun özünə aiddir.



Müəllif: Ceyran Əsgərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB