Sərxan: "Mətanətlə bir-birimizi söyəndə insanların xoşuna gəlir" VİDEO

Sərxan: "Mətanətlə bir-birimizi söyəndə insanların xoşuna gəlir" VİDEO

Xəbər verdiyimiz kimi, aparıcı Sərxan Kərəmoğlu ilə müğənni Mətanət Əsədova barışıb. SİA-nın məlumatına görə, onların barışığı ifaçı Aslan Hüseynov tərəfindən xoş qarşılanmayıb.

Bu haqda verilişlərin birində aparıcılar deyib. Sərxan "Aslan deyir ki, Sərxan barışmağa yer qoymur. Amma hardan tapır bilmirəm. Yəni, deyir abırsız adamsan" sözlərinə belə cavab verib: "Adı Aslandır, özü sərçə. Sizin nə ixtiyarınız var ki, mənim haqqımda ondan söz soruşursunuz? Aslanın hüququ yarımçıqdır. Tam hüququ Qırğızıstandadır".

Kərəmoğlu Mətanətlə aralarındakı qalmaqaldan da bəhs edib: "Mətanətlə bir-birimizi söyməyimiz, təhqir etməyimiz insanlara xoş gəlirdi. Gördüm çox xoş gəldi, dedim daha bəsdirin. Mətanət məni söyür, insanlar söyür. Mən onu bir şey yazıram, məni söyürlər. Barışıq, yenə söyürlər. Barışdıq, çünki sonu pisə gedirdi. Mətanətin lənətlənmişi olmaq istəmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə