Türkiyədə yaşayan əməkdar artist Məlahət Abbasova tanımadığı xanım tərəfindən şantaj edilir. SİA-nın məlumatına görə, bu haqda aktrisanın özü xəbər verib: "Bütün yaradıcılığım boyunca uzun illərdir uzaqda da olsam, Azərbaycan əsərlərinin, teatrının tanıtılması üçün əlimdən nə gəlirsə edirəm. Bu, əxlaqsız kimdirsə, Azərbaycan qadınının ləyaqətini, namusunu, əxlaqını heçə sayaraq günlərdir mənə əxlaqsız mesajlar göndərir. Məni döydürməklə təhdid edir.
Mənə yaraşmayacaq formada ona cavab verməyə çalışdım. Amma sakitləşmir. Tanıdığım biri də deyil. Belə qadınlar Azərbaycan xanımı adına danışıq əxlaqı tərəfdən böyük ləkədir. Lazımi yerlərə şikayət edəcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB