Günel sevgi macərası yaşadığı deyilən Orhanla duet oxudu VİDEO

Günel sevgi macərası yaşadığı deyilən Orhanla duet oxudu VİDEO

Məşhur türkiyəli bəstəkar-müğənni Orhan Ölmez Türkiyədə fəaliyyət göstərən azərbaycanlı həmkarı Günel Zeynalova ilə işbirliyi qurub. SİA-nın məlumatına görə, hər iki ifaçı sözləri meyxanaçı Vüqar Əbdülova, bəstəsi Rəşad Bağırova aid olan "Həsrət nəğməsi" mahnısını duet şəklində səsləndiriblər.

Mahnı Orhan Ölmezin "Sessiz Sessiz" adlı yeni albomuna daxil edilib.

Qeyd edək ki, sözügedən mahnının ilk ifaçıları əməkdar artist Röya Ayxan və Günelin qardaşı Tunar Rəhmanoğludur.

Onu da bildirək ki, bir müddət əvvəl türk mediası Günel və Orhanın sevgili olduğunu iddia edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə