Xatun yenə Fatiməyə söz atdı VİDEO

Xatun yenə Fatiməyə söz atdı VİDEO

Müğənni Xatun Əliyeva ilə rəqqasə Fatimə Fətəliyeva arasındakı qalmaqal yenidən alovlanacaq. SİA-nın məlumatına görə, ifaçı "Ay mənim göyçək qızım" mahnısını oxuyaraq "İnstagram" səhifəsində yayımlayıb.

İfaçı paylaşdığı videoya bu sözləri yazıb: "Mahnı gözəl qızlarımıza, gəlinlərimizə gəlsin. Rəhmətlik Məmmədbağır Bağırzadənin repertuarından bir mahnı. Mahnını mənəvi qızım Fatimənin şərəfinə oxuyuram. Artıq toylarda, xınalarda məndən anaların, ataların istədiyi bir mahnı olacaq. Hər kəs ürəyinin, niyyətinin və əziyyətinin çörəyini yeyir".

İzləyiciləri Xatunun yenə də Fatiməyə söz atdığını yazıblar.

Qeyd edək ki, Fatimə ilə Xatun arasında artıq bir ildən çoxdur qalmaqal yaşanır.

Bütün xəbərlər Facebook səhifəmizdə