Tolik: "Valideynlərimin başını aşağı saldım, utandırdım" VİDEO

Tolik: "Valideynlərimin başını aşağı saldım, utandırdım" VİDEO

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) idarə etdiyi verilişdə şəxsi həyatı haqda etiraflar edib. SİA-nın məlumatına görə, Tolik ona bəxtəvərçilik verən insanlara da cavab verib: "Bəzən biz şou-biznes nümayəndələrinə bəxtəvərçilik verirlər. Amma biz gördüyümüz əziyyətləri çəksəniz heç vaxt kənardan belə danışmarsınız. Onu da deyim ki, valideynlərimin illər öncə nədəsə başını aşağı saldım. Onları utandırdım. Amma hazırda çox yaxşı övladam. Atama hər cür köməklik göstərirəm. Amma anamı tez-tez görə bilmirəm. Çünki o, Almaniyadadır və maddi durumu da yaxşıdır. Heç nəyə ehtiyyacı yoxdur.

Uzun müddət əvvəl məni evlərinə qoymayan qohumlarım indi hansısa məclis edəndə məni dəvət edirlər. Amma mən onları görmək istəmirəm. Ona görə də məclislərinə getmirəm. Çünki mən onlardan qəlbən incimişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə