Azərbaycanlı model öz brendini təqdim etdi AÇIQLAMA-VİDEO+FOTOLAR
Məşhur azərbaycanlı top model Stefano Suaros yenidən Nyu York səhnəsinə çıxıb. Bu haqda SİA həmyerlimizin özü açıqlama verib: "Couture moda həftəsi çərçivəsində dizayner Andres Aquinonun “Winter Classic Beauty” və venesuelalı dizayner Carlos Benguiguinin “Winter Rock" adlı moda şoularının açılışını etdim.
Dizaynını özümün yaratdığı və digər brend markaya aid olan eynəklə səhnəyə çıxdım. Həmin eynək brilliant və svarovski daşlarla bəzədilmişdi.
Onu da əlavə edim ki, yaxın günlərdə Los Ancelsdə mənə aid olan "S&D Summer" adlı moda şoum baş tutacaq. Həmin şouda kişi, qadın dəniz geyimləri və həmin brendin günəş eynəkləri təqdim olunacaq".




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB