Xalq artisti Könül Xasıyeva verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, xanəndə mərhum atası haqda danışaraq göz yaşlarına sahib ola bilməyib: "Altı aydır Şəkidəyəm. Atamın nasaz vaxtları idi. Dedi ki, elə istərdim ki, evimizi təmir etdirəm. Birinci atamın otağını təmir etdirdim. Tam hazır vəziyyətini görə bilmədi. Son nəfəsində yanında oldum. Saat birin yarısı idi, əli ilə mənə saatın iki olduğunu göstərdi. Elə həmin saatda da dünyasını dəyişdi. Oradan da mənə məlum oldu ki, ölümqabağı insana nələrsə deyilirmiş. Bir gün gələn, bir gün gedər. Amma insan qəbul edə bilmir. 51 yaşım var, amma yenə də elə bilirəm ki, atam geri qayıdacaq. Anamın yaddaşı yerində deyil. Hərdən soruşur ki, atanız hardadır? Deyirik ki, qonşudadır, gələcək. Sonra yaddaşı yerinə qayıdanda bilir ki, atam rəhmətə gedib. Ağlamağa başlayır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB