Azərbaycanın əməkdar artisti, Manana Çaparidze Heydər Əliyev Sarayında konsert verməyə hazırlaşır. SİA-ya məlumat verən müğənninin sözlərinə görə, hələlik məşqlər gedir. Manana vurğulayıb ki, o, məhz Heydər Əliyev Sarayında konsert verməyi çox arzulayır: "İnşallah, konsert baş tutsa, təbii ki, orada təzə mahnılarım yer alacaq. Ancaq mən köhnə repertuarımı da unutmayacağam. İllər öncə belə oxuduğum mahnıları da səsləndirərəm".
Müğənni vətəni Gürcüstanda bu yaxınlarda dövlət tərəfindən diqqətə layiq görüldüyünü də deyib: "Mənim sənətimi iki ölkədə qiymətləndirirlər, mən xoşbəxt insanam. Prezidentin sərəncamı ilə yaradıcılığımı işıqlandırıblar, mənə fəxri orden veriblər".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB