Elnur da “Dəniz” oxudu
Məşhur müğənni və "Şeron" qrupunun keçmiş solisti Elnur Məmmədov yeni mahnı yazdırıb. Bu barədə SİA-ya müğənni özü məlumat verib. Onun sözlərinə görə, mahnı onun yeni albomundandır. Adı isə "Dəniz"-dir. Sözügedən mahnını illər öncə müğənni Röya Ayxan oxuyub və hər kəsə sevdirib.

Məlumat üçün bildirək ki, "Dəniz" mahnısının sözləri Baba Vəziroğluya, musiqisi isə Kamala məxsusdur.

Qeyd edək ki, Elnur yaxın günlərdə albomunu mətbuat nümayəndələrinə təqdim etməyi planlaşdırır.

Xatırladaq ki, müğənni hazırda vətəndə deyil. O, Fransadadır. Elnur orada 2 yeni mahnısına ekran həyatı verib. Gələn həftə Vətənə dönəcək müğənni yeni albomunu və kliplərini təqdim edəcək. Parisdə olduğu müddət ərzində isə Elnur həm işləyir, həm də istirahət edir. Belə ki, bu günlərdə müğənni ailə üzvləri ilə birgə Parisdə dünyaca məşhur olan "Disneyland" əyləncə məkanına baş çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə