Aslıhan Turan: "Arda ilə bizi bir araya gətirən sevgimizdir" FOTOLAR

Aslıhan Turan: "Arda ilə bizi bir araya gətirən sevgimizdir" FOTOLAR

Arda Turanın xanımı Aslıhan Turan ana olduqdan sonra ilk dəfə jurnalların biri üçün müsahibə verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Aslıhan müsahibəsi zamanı əri haqda səmimi etiraflar edib: "Mənim haqqımda elə fikirləşirlər ki, saf və aldadılan xanımam. Amma elə bir şey yoxdur. Arda mənə və ya mən ona güvənməsəydim bu evlilik heç vaxt gerçəkləşməzdi. Ərim haqqında mətbuatda yazılan və danışılan xoşagəlməz xəbərlərlə maraqlanmıram. Çünki həyat yoldaşımın nə etdiyini hər kəsdən yaxşı bilirəm. Evliliyimizi gözləri götürməyən və ailəmizi dağıtmaq istəyənlərə rəğmən bizi bir araya gətirən sevgimizdir.

Biz ailə qurmadan öncə Arda deyirdi ki, "Oğlumuz olsa adını Hamza qoyacam”. A.Turanla sevgili olanda ona demişdim ki, 4-5 uşağımızın olmasını istəyirəm. O da mənə cavabında "Mən çox işləməliyəm" demişdi. Şükürlər olsun ki, Hamza dünyaya gəldi. Allah nəsib edərsə, Hamzadan başqa 3-4 övladımızın da olmasını istəyirik. Fasilə vermədən valideyn olmağı düşünürük".

Aslıhan Turan ərinin qazancından da danışıb: "Arda əliaçıq adamdır. Allah bəd-nəzərdən qorusun. Çox yaxşı qazancı var. Mənə bahalı hədiyyələr alır. Mənim üçün bundan gözəl nə ola bilər?"

Bütün xəbərlər Facebook səhifəmizdə