Xəbər verdiyimiz kimi, müğənni Mətanət Əsədova özünə təmtəraqlı ad günü edib. SİA-nın məlumatına görə, doğum gününə qatılan məşhurlar arasında ifaçının küsülü olduğu aparıcı Sərxan Kərəmoğlu da olub.
Onlar məclis zamanı barışıblar. Məşhurların hər ikisi bir-birindən üzr istəyib və qucaqlaşıblar. Sərxan və Mətanət hamının içində dodaq-dodağa öpüşüblər.
Əməkdaşımız iki məşhurun barışdığı anın yeni videosunu əldə edib. Görüntülərdə gecəyə qatılan əməkdar artist Mətanət İsgəndərli Kərəmoğlu ilə Əsədovanın necə barışdıqlarını soruşub.
Ad gününü qeyd edən ifaçı əməkdar artistin sualına belə cavab verib: "Bizi Manaf Ağayev barışdırdı".
Sərxan Kərəmoğlu da küsülü olduğu müğənni Mətanət Əsədova ilə necə barışdığını dilə gətirib: "Gecə saatları idi. Müğənni Manf Ağayevdən mənə və Mətanət xanıma səslə mesaj gəldi. O, mesajda deyirdi ki, əgər barışmaq istəyirsinizsə, bu gün küsülülüyə son qoymayın. Çünki sabah sizi ad günü mərasimində mən barışdıracam".
M.İsgəndərli Sərxanın bu sözlərindən sonra M.Ağayevin ünvanına xoş sözlər yağdırıb: "Manaf Ağayevə halal olsun. Sülh adamıdır. Bizi sənətçilər bir-birimizin dəyərini bilməliyik. Çünki gələcək nəsillər bizdən ibrət götürməlidir. Bəs sizin fevral ayının 28-də məhkəməniz var idi. Necə olacaq? Ətiniz tökülsün. Sizi yerə soxum (gülür). Sərxanla Mətanətin davası düşəndə mən Əsədovaya dəfələrlə zəng edib bildirdim ki, barışın".
M.Əsədova həmkarının bu sözlərinə hər kəsi şoka salacaq cavab verib: "Sərxan Kərəmoğlu ilə nikaha gedəcəyik (gülür)".
Qeyd edək ki, məşhurların davasına səbəb M.Əsədovanın yayılan videosundan sonra Sərxanın verilişinə getməməsi olub. Mətanət onun ünvanına təhqirlər səsləndirib. S.Kərəmoğlu isə onu məhkəməyə verib.
Sözügedən görüntüləri təqdim edirik:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB