“Eurovision 2011”in yeni loqosu- “Ürək döyüntüsünü hiss et!”- FOTO

“Eurovision 2011”in yeni loqosu- “Ürək döyüntüsünü hiss et!”- FOTO
Mayda keçiriləcək 56-cı "Eurovision" mahnı müsabiqəsinin yeni loqosu və şüarı təqdim olunub. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, müsabiqəyə ev sahibliyi edəcək və ana yayımı ilə məşğul olacaq Almaniyanın "NDR" kanalı Avropa ictimaiyyətinə yarışmanın mövzusunu açıqlayıb. "Eurovision-2011" müsabiqəsi "Ürək döyüntüsünü hiss et!" ("Feel your heart beat!") şüarı altında keçiriləcək.

2004-cü ildən müsabiqənin ümumi loqosu var. Həmin ildən etibarən loqoda müsabiqəyə sahiblik edən ölkənin bayrağı ürək şəklində təsvir olunur. Bu il də ənənə davam edəcək. Mövzunun simvolu rəngbərəng işıq şüalarından ibarət olan titrəşən ürək şəklindən ibarətdir. Hər iki element builki "Eurovision" müsabiqəsinin vizual brendini yaradacaq.

Bu mövzu ruh yüksəkliyi, ürək döyüntüsü, həyəcan, sevgi və ehtiras kimi emosiyalar yaradan musiqini, eləcə də fərqli xarakteristikası olan "Eurovision" müsabiqəsini əks etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə