Azərbaycanlı müğənninin 7 min manatlıq klipi AÇIQLAMA-VİDEO

Azərbaycanlı müğənninin 7 min manatlıq klipi AÇIQLAMA-VİDEO

Müğənni Rasim Mustafazadə yaradıcılığında yenilik edib. SİA bu haqda açıqlama verən ifaçı bildirib ki, yeni klip çəkdirib: ""De" adlı mahnıma klip çəkdirmişəm. Ekran işi Qusarda lentə alınıb. Çəkilişlər 2 gün davam edib. Klipdə mənimlə yanaşı akrisa Vüsalə Sarı da çəkilib. Ekran işi mahnının sözlərinə uyğun olaraq lentə alınıb. Belə ki, klip ayrılıqdan bəhs olunur. Onu da deyim ki, ekran işinin ərsəyə gəlməsi üçün 7 min manat pul xərcləmişəm. "De" adlı mahnıma çəkdirdiyim klipin rejissorluğunu Rəhman Əliyev, operatorluğunu isə Tərlan edib".

Qeyd edək ki, mahnının sözləri Zülfi Bədəlovun, musiqisi Rəhman Əliyevindir.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə