Afətdən Nüşabəyə: "Get işinlə məşğul ol" VİDEOLAR

Afətdən Nüşabəyə: "Get işinlə məşğul ol" VİDEOLAR

Əməkdar artist Nüşabə Ələsgərli ilə müğənni Afət Fərmanqızı üz-üzə gəlib. SİA-nın məlumatına görə, tədbirlərin birində Afətlə görüşən Nüşabə onun günlərdir müzakirə obyektinə çevrilən "Pencu şeş" mahnısının sözlərini dəyişməsini məsləhət görüb.

Ələsgərlinin bu sözləri Afəti özündən çıxarıb: "Siz kimsiniz ki, mənə nəyisə qadağa qoyasınız? Paxıllığınızdan bilmirsiz nə edəsiniz. Gedin işinizlə məşğul olun. Məni sosial şəbəkədə təhqir edənlər bilirdim ki, sənət yoldaşlarım tərəfindən yazdırılır. Bu gün də şahidi oldum. Məni əməkdar artist Elnarə Abdullayeva dəstəkləyir. Xalq artisti Zeynəb Xanlarovadan başqasının sözü mənə önəmli deyil".

N.Ələsgərli isə A.Fərmanqızına "İstəyirsən get dombalaq aş. Mənim nəyimə lazım" sözlərini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə