Müğənni Aygün Mahmudova rejissor-həyat yoldaşı Kənan M.M.-lə yeni fotosunu "İnstagram" səhifəsində yayımlayıb. SİA-nın məlumatına görə, o, şəklə "Canımın içi... Allah səni mənə çox görməsin... Ömrüm" sözlərini qeyd edib.
Türkiyəyə köçən cütlüyün şəkli izləyicilər tərəfindən müzakirələrə səbəb olub.
Fərqli saç düzümündə olan ifaçının xeyli çəki alması da izləyicilərin diqqətindən qaçmayıb. Hətta bir çoxları Aygünü tanımadıqlarını yazıblar.
Qeyd edək ki, Kənan Türkiyədə seriala çəkilir. Aygün isə Ebru Gündeşin yeni layihəsində yer alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB