Ayağı tutulan Ağakərimin maddi vəziyyəti pisdir VİDEO

Ayağı tutulan Ağakərimin maddi vəziyyəti pisdir VİDEO

İnsult olan meyxanaçı Ağakərimin maddi vəziyyəti pisdir. SİA-nın məlumatına görə, bu haqda prodüser-aparıcı Tarix Əliyev (Tolik) aparıcısı olduğu verilişində deyib. O bildirib ki, son günlər sənətçinin səhhəti daha da pisləşib. Ailə maddi imkansızlıqdan meyxanaçını müalicə etdirə bilmir. Tolik ailənin hətta bankdan kredit götürdüyünü, sıxıntı içində olduğunu açıqlayıb.

Meyxanaçının oğlu Kərim efirə zəng edərək atasının pula görə xəstəxanada müalicə ala bilmədiyini bildirib: "1 aydır vəziyyəti pisləşib, 2 həftədir ayağı tutulub. 6 gün xəstəxanada qaldı, amma pulumuz çatmadı deyə evə gətirdik. Həkimlər deyir ki, xəstəxanada müalicəsi yaxşı gedər. Xəstəxanada qalsa 2 aya düzələcək. Evdə o qədər də düzgün müalicə aparılmır".

Tolik "25 min manat müalicəsinə pul lazımdır" deyərək meyxanaçı üçün maddi dəstək istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə