Necati Şaşmaz boşandığı Nagehana 6 ay yaxınlaşa bilməz MƏHKƏMƏ QƏRARI

Necati Şaşmaz boşandığı Nagehana 6 ay yaxınlaşa bilməz MƏHKƏMƏ QƏRARI

Qarşılıqlı boşanma qərarı alan Nagehan Şaşmaz və Necati Şaşmazdan yeni xəbər var. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, İstanbul Anadolu Ailə Məhkəməsi Necatinin Nagehandan 6 ay uzaqlaşdırma qərarı alıb. İstanbul Anadolu Ailə Məhkəmənin verdiyi qərara görə Necati Şaşmaz 6 ay müddətində yoldaşına və onun iş yerinə, evinə yaxınlaşması qadağandır.

"Kurtlar Vadisi" serialında "Polat Alemdar" xarakterini canlandıran aktyor saxlanılması və daşınması qanunla icazə verilən silahlarını da polisə təslim edəcək.

Nagehan Şaşmaz məhkəmədə bildirib ki, Necati onu evlilikləri zamanı təhqir edib və döyüb. Məhkəmədə şiddət qurbanı olduğunu irəli sürən Nagehan aktyorun ona evlikləri zamanı "Sənə Polat Alemdar kimi davranacağam" sözlərini deməsini də səsləndirib.

İstanbul Anadolu Ailə Məhkəməsi N. Şaşmazın qoruma altına alınması qərarını verib.

Məhkəmədə hakim aktyorun ona qoyulan qadağaları əməl etmədiyi təqdirdə 3 ilə 10 gün həbs ediləcəyini xəbərdarlıq edib.

Qeyd edək ki, Necati ilə qarşılıqlı boşanan Nagehan aktyordan 20 milyon TL təzminat, özü və 2 uşağı üçün isə aylıq 60 min TL aliment istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə