"Oskar" mükafatlandırılmasında 30 il ərzində ilk dəfə maraqlı hadisə yaşanacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABC Entertainmentin direktoru Karey Burke telekanalların birinə açıqlamasında bildirib ki, sözügedən tədbirdə bu il aparıcı olmayacaq.
Nəzərinizə çatdıraq ki, "Oskar"da aparıcılığı amerikalı aktyor Kevin Hart edəcəkdi. Lakin o, dekabr ayında sosial mediadakı paylaşımına görə tədbir təşkilatçıları tərəfindən uzaqlaşdırılıb.
Qeyd edək ki, "Oskar" mükafatı 2019-cu ildə fevralın 24-də sahiblərinə çatacaq. Mərasim ABC kanalında canlı yayımlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB