Ukraynanın Odessa şəhərində Ukraynanın beşinci “Лiга Смiху 2019” Yumor Çempionatı keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan ilk dəfə bu festivalda “Как по Маслу” komandası ilə təmsil olunub. Yubiley festivalda Bakının komandası birinci turdan, ikinciyə sonra qala konsertdən mövsüm oyunlarına vəsiqə qazanıb. Odessada toplanan 213 komanda arasından 14 mövsüm oyunlarına vəsiqə qazanıb. Komandanın çıxışından dərhal sonra iki ulduz-məşqçi Qarik Birça və Olqa Polyakova ayağa qalxaraq komandaya arzularını bildiriblər. Komandamız Ukraynanın pop-divası Olqa Polyakovanı seçib.
Qeyd edək ki, "Как по Маслу" komandası 2019-cu ildə Azərbaycanı Beynəlxalq teleməkanda təmsil edən yeganə komanda oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB