"Rəqqasəlik edən qarnını örtüb, olub ev qızı" QALMAQAL-FOTO

"Rəqqasəlik edən qarnını örtüb, olub ev qızı" QALMAQAL-FOTO

Müğənnilər Sevda Sanəliyeva ilə Afət Fərmanqızı üz-üzə gəlib. SİA-nın məlumatına görə, Sevda "Nəsimi" filmindən fraqment paylaşaraq İmaməddin Nəsiminin şeirinə mahnı oxuyan Afəti tənqid edib: "Tariximizə sahib çıxaq və hörmətlə yanaşaq. Düşmənlərimizi özümüzə güldürməyək. Bu biabırçılığı oxuyan, mənə burada yazıb, tez "bloka" niyə atırsan. Məncə insan özünü bundan betər günə qoya bilməzdi".

Afətin Sevdaya cavabı gecikməyib. Fərmanqızı Sevdanın ünvanına təhqirlər yazıb: "Bu keçmişdə rəqqasəlik edən xanım, indi qarnını örtüb olub ev qızı. Nəsiminin qəzəlini paylaşıb, öz aləmində məni tariximizə hörmətsizlik etməkdə qınayıb. Gülüm bir az. Nə yaxşı işdi, gedim qarnımı və sinəmi açım, göbəyimlə pul qazanım, sonra da örtüm, tarixi dəyərlərdən danışım. Ay səni öləsən elə... Tarixi dəyərlərdən mental dəyərləri yaşadan insanlar danışa bilər. Məsələn, mənim kimi qəzəli yaşadan. Qurtarmırlar, birinin başını əzirsən, o biri qalxır. Amma pulumuz da var, adımız da. Məni qara siyahıya salıb o rəqqasəcik, yalandan da yazıb ki, guya mən etmişəm. Artıq-əskik yazsan, ailəndəki o məsələləri işıqlandıracam".

Bütün xəbərlər Facebook səhifəmizdə