Fatma Girik xəstəxanalıq oldu FOTOLAR

Fatma Girik xəstəxanalıq oldu FOTOLAR

Bodrumda evində huşunu itirərək yıxılan türkiyəli aktrisa Fatma Girik xəstəxanalıq olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, baxıcıları təcili yardıma zəng edərək kömək istəyib. Girikə evdə həkimlər tərəfindən ilk tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.

Həkimlərin dediyinə görə aktrisa bir müddət həkimlərin nəzarəti altında qalmalıdır.

Hazırda xəstəxanada olan Fatma Girik jurnalistlərə maraqlı açıqlama verib: "Evdə əllərimi və üzümü yuyurdum. Bir anda huşumu itirərək yerə yıxıldım. İndi yaxşıyam. Səhhətimdə önəmli heç nə yoxdur. Hər kəs mənə "nəzər dəydi" deyir".

Bütün xəbərlər Facebook səhifəmizdə