Müğəni Doğuş da saç əkdirən məşhurların sırasına qoşulub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, əməliyyatdan sonra ifaçının gözaltı qara kölgələri əmələ gəlib. Bir çoxları sənətçinin qaşlarına da tük əkdirdiyini iddia edib.
Doğuş verilişlərin birinə telefonla qoşularaq keçirdiyi əməliyyat haqda danışıb: "Yalnız saç əkdirmişəm. Qaşlarıma isə heç nə elətdirməmişəm. Əməliyyatdan sonra gözaltı qara kölgələrin yaranmasına səbəb isə saç əkdirdikdən sonra önə doğru əyilib yatmağımdır. Əməliyyatdan sonra kim bu cür yatarsa, gözaltında belə problemlər yaranar".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB