Müğənni Ayan Babakişiyeva xeyli müddətdən sonra verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, o, proqram zamanı haqqında gəzən dedi-qodulara son qoyub: "Deyirlər ki, bu pulun mənbəyi hardandır? Sən dedi-qodu edəndə, arxamca danışanda, mən pul qazanırdım. İstanbulda özümə iş qurmuşam. Bu gün çox xoşbəxtəm".
İfaçı Azərbaycandan qardaş ölkəyə köçməsinin səbəbini də açıqlayıb: "Bakıdan qızım üçün getdim. İstədim ki, balam xoşbəxt yaşasın, psixoloji travma almasın. Bağçaya, məktəbə gedəcək. Ona lazımsız sözlərin deyilməsini istəmədim. Bu günümə çox şükür. Hər kəs bilir qızımın atası, anası kimdir. Elə ən əsası da budur. Qızımın anası, nənəsi, dayısı yanındadır. Ən vacibi hüzurumuz var.
Onu da deyim ki, hamının həyatında ayrılıq, qara xətt olur. Sevmişəm, sevilmişəm, xoşbəxt olmuşam (ağlayır). Məni bir müddət öncə heç kim təhdid etməyib. İstanbula köçəndə 4 ay gecələr ağladım. Hazırda uşağımı sağlam böyüdürəm. Həyatım gözəldir, xanım kimi yaşayıram. Amma Vətənimdən uzağam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB