Əli Mirəliyev Şövkət Ələkbərovaya “Şöşü” dedi VİDEO

Əli Mirəliyev Şövkət Ələkbərovaya “Şöşü” dedi VİDEO

Bir neçə gün öncə müğənni Əli Mirəliyevin proqramların birində mərhum xalq artisti Şövkət Ələkbərovanın məzarını ziyarət etdiyi kadrlar yayımlanmışdı. SİA-nın məlumatına görə, kadrlarda Mirəliyevin Şövkət Ələkbərovaya “Şöşü” deyə müracəit etməsi qalmaqala səbəb olub.

Belə ki, sosial şəbəkədə Əli Mirəliyevi "yıxıb-sürüyüblər". Prodüser Tarix Əliyev də məsələyə münasibət bildirib: "Şövkət xanımın qəbrinə durub “Şöşü” demək nə dərəcədə düzgündür? Təklikdə kiməsə nəsə demək olar, amma kamera qarşısında yanlışdır. Başa düşürəm Əli müəllim ürəyini açıb. Lakin bir sənətkarı efirdə bu cür adlandırması anlaşılmır. Sosial şəbəkədə də tənqid edildi, ələ salındı. Biri yazırdı yox bir, Moşu...”.

Sözügedən kadrları təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə