Xəbər verdiyimiz kimi, aktrisa Hande Erçelin xərçəng xəstəliyindən əziyyət çəkən anası vəfat edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Erçel anasının ölümündən bir neçə ay öncə ailəsi ilə çox vaxt keçirmək üçün müğənni sevgilisi Murat Dalkılıçdan ayrılmışdı. Aktrisa 1 illik sevgisinə son qoyaraq ayrılıq qərarı almışdı. Amma ifaçı bu ayrılıqla barışmayaraq Hande Erçelin anasını xəstəxanada tez-tez ziyarət edirdi. Aktrisanın pis günlərində ona dəstək olurdu.
Murat Handenin anasının dəfn mərasiminə belə qatılaraq aktrisanın yaralarını sarımağa çalışırdı. İfaçı həmin ərəfədə aktrisa sevgilisi ilə aralarındakı buzları da əritməyə imkan qazandı. Belə ki, cütlük münasibətlərini yenidən gözdən keçirdərək barışmaq qərarına gəlib.
Erçeli bir an belə tək qoymayan popçu hazırda aktrisanın Ulusdakı evinə köçüb. Hazırda barışdıqlarını hər kəsdən gizlədən sevgililər İstanbulun yaxınlığında yerləşən meşələrə üz tuturlar. Onlar itləri ilə meşədə yürüyüşə çıxaraq stress atırlar.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB